Mirmehdi Seyidzadə haqqında məlumat

        
Seyidzadə Mehdi Həsən oğlu (11.11.1907 - 31.08.1976, Bakı) Aşxabad şəhərində anadan olmuşdur. 3-4 yaşında Bakıya qayıtmışdır. 1958-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adını almışdır. 1929-cu ildə ilk mənzum nağılı «Keçəl Səməd» kitabça şəklində çapdan çıxmışdır.
        
         Lirik şerlərində insanın quruculuq əzmini, vətənpərvərlik duyğularını, saf məhəbbətini tərənnüm etmişdir. Klassik poeziya ənənələrini yeni məzmunla zənginləşdirən qəzəlləri geniş yayılmışdır. Uşaqlar uçun şerlər, mənzum nağıllar, kiçik pyeslər, təmsillər ( «Nərgiz», «Qızıl quş»,«Ayaz», «Büllur qəsr» ) və s… yazmışdır.
        
         Rus şair və yazıçıların nağıl və şerlərini azərbaycan və latın dilinə tərcümə etmişdir. «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir. Əsərləri: Seçilmiş əsərləri, c. 1-2. Bakı, 1966; Təmsillər, Bakı, 1972; Qəzəllər, Bakı, 1975; Bahar duyğuları, Bakı, 1979; Rodnik krasotı, M., 1974.



Azərbaycan Respublikası Bakı şəhəri 370000 Bül-bül prospekti 14/70. 1-ci və 2-ci mərtəbə.
 Mərkəzi Şəhər Uşaq kitabxanası.
Tel. : 93-43-15, 93-75-68.
 

Ана сящифя
Китабхана щаггында
Китабхананын структуру
Статистик эюстяриъиляри
Охуъуйа хидмят
Йени ядябиййат
Шякил галерейасы
Кцтляви тядбирляр
Йени ил тягвими
Мирмещди Сейидзадя щаггында мялумат
c o n t a c t